Vergi ödənişindən öncəki gəlir

Earnings before tax (EBT) Vergi ödənişindən öncəki gəlir müəssisənin gəlirindən xərclərini (vergi ödənişləri istisna olmaqla) çıxmaq üsulu ilə hesablanır. Vergi ödənişindən öncəki gəlir müxtəlif vergi qanunvericiliyinə əsasən fəaliyyət göstərən şirkətlərin fəaliyyətini müqayisə etmə imkanı verən göstəricidir.
Vergi bazası
Vergi Sığınacağı
OBASTAN VİKİ
Gəlir
Gəlir — İstehsal olunan məhsulun, tikintinin və xidmətin satışından əldə olunan vəsaitlərə, məvacibə gəlir deyilir. Gəlir dedikdə dövlətin, təşkilatların və ya əhalinin aşağıdakı gəlirləri başa düşülür: Dövlət gəlirləri — vergilərin, rüsumların, ödənişlərin, xarici ticarət əməliyyatlarının, xarici kreditlərin, xarici yardımların yığılması yolu ilə dövlət tərəfindən əldə edilən və dövlət funksiyalarını həyata keçirmək üçün istifadə edilən gəlirlərdir. Təşkilatın gəlirləri — iştirakçıların töhfələri istisna olmaqla, bu təşkilatın kapitalının artmasına səbəb olan aktivlərin (pul vəsaitlərinin, digər əmlakın) alınması və (və ya) öhdəliklərin (əmlak sahibləri) ödənilməsi nəticəsində iqtisadi mənfəətin artmasıdır . Təşkilatın adi fəaliyyətindən əldə edilən gəlir mal və xidmətlərin satışından əldə edilən gəlirdir. Əhalinin gəlirləri — vətəndaşların, ailələrin və ev təsərrüfatlarının nağd pul formasında əldə etdikləri şəxsi gəlirləri. Bunlara aşağıdakılar daxildir: əmək haqqı, pensiya, təqaüd, müavinətlər, öz təsərrüfatlarında istehsal olunan məhsulların satışından əldə olunan gəlirlər, göstərilmiş xidmətlərə görə haqq şəklində nağd pul qəbzləri, qonorar, şəxsi əmlakın satışından, icarəyə verilməsindən əldə olunan gəlirlər. Qanuni və qeyri-qanuni gəlirlər də mövcuddur: qanuni gəlir — qanuni yolla əldə edilən gəlir; qeyri-qanuni gəlir — qanunsuz yolla əldə edilən gəlir. Gəlir son dərəcə geniş tətbiqi olan bir termindir. Bu anlayış müxtəlif mənalarda istifadə olunur. Bu sözün ən ümumi mənası belədir — fəaliyyət nəticəsində vəsaitlərin, öhdəliklərin, maddi və qeyri-maddi dəyərlərin alınması.
Vergi
Vergi — dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Vergilərdən qazanılan vəsaitlər tarix boyunca dövlətlər üçün müxtəlif funksiyaları daşıyırdı. Onlara müharibə xərcləri, qanunun həyata keçirilməsi, ictimai nizam saxlamaq, mülkün müdafiəsi, iqtisadi infrastruktur (yollar, tenderlər, müqavilələri həyata keçirmə), ictimai işlər, sosial mühəndislik və dövlətin saxlanılması daxildir. Dövlətlər vergiləri həm də xalqın rifahına və ictimai xidmətlərə xərclənir. Bu xidmətlərin içərisində təhsil sistemi, səhiyyə, pensiyalar, işsizlik üzrə maddi yardım, ictimai nəqliyyat ola bilər. Enerji, su idarəetmə və tullantılar idarəetmə ictimai xidmətlərə ümumiliklə daxildir. Dövlətlər müxtəlif vergiləri və vergi səviyyələri işlədirlər. Bu vergi ağırlığı və ya vəsaitləri fərdilər və vergi qoyula bilən fəaliyyətlərdə iştirak edən əhalinin qrupları (müəssisələr, biznes kimi) arasında bölüşdürmək məqsədi daşıyır. Tarixə əsasən, zadəganlıq kasıblara qoyulan vergilər ilə təmin olunurdu, lakin müasir sosial müdafiə sistemləri yoxsullar, əlillər və ya pensiyaçılara hələ işləyənlərdən alınan vergilərlə kömək göstərmək niyyətindədir. Əlavə olaraq, vergilər xarici yardım və hərbi əməliyyatları maliyyəşdirir, makroiqtisadi göstəricilərə təsir göstərmək (bu xəzinə siyasəti adlanır) və ya istehlak və məşğuliyyət səviyyəsinin dəyişməsi üçün istifadə olunurlar.
Gəlir effekti
Gəlir effekti (ing. income effect) — mikroiqtisadiyyatda bir məhsulun qiymətindəki dəyişiklik istehlakçının gəlirinə (istehlak qabiliyyətinə) təsir etdikdə və bu, bu məhsula tələbin dəyişməsi ilə müşayiət olunan təsir. K.R. Makkonnell və S.L. Bryuya görə gəlir effekti məhsulun qiymətindəki dəyişikliyin istehlakçının gəlirinə (istehlakçı qabiliyyətinə) və istehlakçının alacağı məhsulun miqdarına təsiridir. Bir məhsulun qiymətinin aşağı düşməsi bu məhsulun alıcısının real gəlirinin artmasına səbəb olacaq. Müxtəlif malların, o cümlədən qiyməti aşağı salınan malların alış həcmi artdıqca alıcılıq qabiliyyəti artır.
Gəlir vergisi
Fiziki şəxslərin gəlir vergisi müəyyən şəxsin ümumi gəlirindən götürülür. Əsasən vergi ödəyən gəliri əldə etdikcə bu öhdəliyi yerinə yetirir. Vergi ilindən sonra isə kiçik dəyəşiklər baş verə bilər. Bu dəyişikliklər dövlətə ya verginin ödəyiciyinə köçürmələr, kim ki kifayət qədər pul ödəməyib; ya da artıq pulun verginin ödəyiciyinə qaytarılması ola bilər. Vergi sistemlər tez-tez vergi qoyula bilən ümumi gəliri azaltdıran güzəştlərə malikdilər. Bu bir gəlir mənbəsində itkiləri digər gəlir mənbəsində vergi güzəştlər ilə əvəz edə bilər. Misal üçün fond birjasında itkilər maaşlar üzrə vergilərin azaldılması ilə əvəz oluna bilər. Rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər. Rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir. Qeyri-rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikası mənbələrindən əldə etdiyi gəlirlərdən ibarətdir.
Əsas gəlir
Əsas gəlir, bəzən qeyd-şərtsiz əsas gəlir, təməl gəlir, və ya universal əsas gəlir kimi qeyd olunur — bir vasitə testi və ya iş tələbi olmadan əhalinin müəyyən hissəsinin bütün vətəndaşlarına çatdırılan dövri bir ödəmə üçün hökumət dövlət proqramı. Əsas gəlir milli, regional və ya yerli formada həyata keçirilə bilər.
Real gəlir
Real gəlir — fərdlərin və ya dövlətlərin inflyasiya əsasında düzəlişlər edildikdən sonra əldə alınan gəlirləri. Bu, nominal gəlirin qiymət səviyyəsinə bölünməsi ilə hesablanır. Real gəlir və real ÜDM kimi real dəyişənlər fiziki vahidlərlə, nominal gəlir və nominal ÜDM kimi nominal dəyişənlər isə pul vahidləri ilə ölçülür. Buna görə real gəlir rifahın daha faydalı göstəricisidir, çünki o, gəlirlə alına biləcək əmtəə və xidmətlərin miqdarını ölçür.
Diskont gəlir
Diskontlu qiymətli kağızın gəliri — diskontla alınmış qiymətli kağız üzrə faiz gəliri. Düsturla hesablanır i d b = F − P F ∗ t y t {\displaystyle i_{db}={\frac {F-P}{F}}*{\frac {t_{y}}{t}}} burada F - qiymətli kağızın nominal dəyəri, P - qiymətli kağızın alınması qiyməti, ty - ildəki günlərin sayı, t - ödəmə müddətinə qədər qalan vaxt və ya qiymətli kağızın saxlanma vaxtı. Diskontlu qiymətli kağız üzrə gəlir (diskont gəliri) ödəmə müddətinə qədər gəlirin hesablanması halında olduğu kimi qiymətli kağızın alış qiyməti ilə müqayisədə faiz gəlirini nominal dəyərlə ölçür. Bu göstərici xəzinə vekselləri üzrə gəlirləri hesablamaq üçün istifadə olunur. İstifadəsi ödəmə üçün gəlir göstəricisindən daha sadə hesablama düsturu ilə əlaqələndirilir. Diskont gəlir göstəricisi ABŞ Xəzinədarlığı istiqrazlarının ticarəti zamanı gəlirliliyin hesablanmasını sadələşdirdi. Bu düstur ticarət iştirakçıları arasında razılaşmanın nəticəsidir. Теплова Т.В. Финансовый менеджмент: управление капиталом и инвестициями (PDF). М. 2000. 103–104.
Ağaclara vergi
Ağaclara vergi 1944-cü ildə İosif Stalin hökuməti tərəfindən SSRİ-dəki meyvə ağaclarının sahiblərinə qoyulan vergi idi. Vergi fermada ağacların olmasını bahalaşdırdı və Sovet fermerləri tərəfindən ağacların kütləvi şəkildə kəsilməsinə səbəb oldu. Bu sonradan meyvə qıtlığına səbəb oldu. Bu fikri irəli sürən nazir Arseni Zverev və Stalin ortaya çıxacaq problemləri qabaqcadan bilmədi. Vergi Georgi Malenkov tərəfindən ləğv edildi, fermerlər üçün vergi 60 faizə qədər azaldıldı.
Dolayı vergi
Dolayı vergi — özündə satılan məhsulların dəyərinə əlavə edilən məbləğlərdən gizli şəkildə vergi tutulmasını əks etdirir. Bu vergi növünə isə əlavə dəyər vergisi, aksizlər, gömrük rüsumları, alış və satış vergiləri daxildir. Formalaşma mexanizmindəki fərqlərə görə vergilər iki növə ayrılır: birbaşa və dolayı vergilər. Dolayı vergilərin üstün cəhəti onların gizli, yəni belə desək qapalı olmasındadır. Bir çox insanlar dolayı vergi ödədiyinin fərqində olmadan belə vergi ödəyir. Belə ki, çox vaxt məhsulun dəyərinə dolayı verginin əlavə edildiyi qeyd edilmir. Bu sosial-iqtisadi nöqteyi-nəzərdən çox vacibdir. Dolayı vergi növünün sayəsində aşağı dəyərli məhsulları iqtisadi rasional səviyyədə dəstəkləmək mümkündür. Bu adətən spirtli içki və tütün məhsulları ilə baş verir. Gömrük rüsumları formasında olan dolayı vergilər dövlətə yerli məhsul istehsalçılarına təsir etməyə, əcnəbi rəqiblərdən qorumağa və onların dünya baazrına çıxmasına kömək edir.
Vergi auditi
Vergi auditi – təsərrüfat subyektinin mühasibat və vergi hesabatlarına baxılması üçün qanunvericiliklə müəyyən edilmiş normalara etibarlılıq dərəcəsi və uyğunluğu barədə rəy bildirmək üçün audit təşkilatı tərəfindən xüsusi audit tapşırığının icrası təsərrüfat subyekti tərəfindən müxtəlif səviyyəli büdcələrə və büdcədənkənar fondlara vergi və digər ödənişlərin formalaşdırılması, uçotu və ödənilməsi. Məlum olduğu kimi nəzarət idarəetmənin mühüm funksiyası olmaqla, cəmiyyətin iqtisadi həyatında mühüm yer tutur. İqtisadiyyatda geniş islahatlann aparılması (dövlət əmlakının irimiqyaslı özəlləşdirilməsi, çoxsaylı təsərrüfat subyektlərinin əmələ gəlməsi) və bazar münasibətlərinin əksər hissəsinə dövlət tənzimlənməsinin ləğv edilməsi, dövlət tərəfindən iqtisadiyyatın vəziyyətinə nəzarət sistemində əhəmiyyətli dəyişikliklərin həyata keçirilməsini şərtləndirdi. İndiki yeni şəraitdə sahibkarlar əmlak və vəsaitlərin qorunub saxlanmasında və onlardan daha səmərəli istifadə edilməsində maraqlıdır. Lakin dövlətin xüsusilə vergi və digər məcburi ödəmələrin ödənilməsi sahəsində üst-üstə düşmür. Məhz bu səbəbdən dövlət vergi orqanlannm timsalında təsərrüfat subyektlərinin maliyyə-təsərrüfat fəaliyyəti üzərində nəzarəti gücləndirir. Bazar münasibətlərinə keçid ölkənin maliyyə sisteminin keyfiyyət islahatına səbəb olmuşdur. Müasir şəraitdə maliyyənin təşkilinə ümumi rəhbərlik və müvafiq olaraq maliyyə nəzarəti tənzimləyən dövlət hakimiyyəti orqanlan arasmda bölüşdürülmüşdür. İndiki bazar iqtisadiyyatına keçid şəraitində təsərrüfat-kommersiya fəaliyyəti göstərən müəssisələrin (sahibkarların) əksəriyyəti vergi qanunvericiliyini yaxşı mənimsəmədikləri üçün səhvlərə yol verir və nəticədə maliyyə sanksiyaları ödəmək məcburiyyətində qalırlar. Bu isə həm təsərrüfat subyektləri, həm də vergi orqanlan tərəfindən vergi qanunvericiliyinə riayət olunması, vergilərin düzgün hesablanması, tam və vaxtında büdcəyə köçürülməsi üzərində nəzarətin gücləndirilməsini tələb edir.
Vergi tətili
Vergi tətili — müəyyən bir şəxsdən vergi və ya əvvəlcədən müəyyən edilmiş məsələlərdən müəyyən müddətə vergi ödəməməklə müəyyən istehsal və ya istehlak fəaliyyətlərinin subsidiyasıdır. Vergi tətili, müvəqqəti olsa da, investisiyaların vergi yükünü azaltmaqla yeni investisiyalar üçün stimullaşdırıcı təsir göstərir. ABŞ-də tez-tez tətbiq olunan bu sistem, Türkiyədə də tətbiq olunmaqdadır.
Vergi uçotu
Vergi uçotu — vergi bazasının və həmin verginin məbləğinin hesablanması ilə bağlı təsərrüfat əməliyyatlarının tam, fasiləsiz və sənədlə rəsmiyyətə salınmış uçotunu aparmaqla konkret vergi üzrə vergi bazasının formalaşması haqda informasiyaların pul ifadəsilə toplanmasının, qeydiyyata alınmasının və ümumiləşdirilməsinin nizama salınmış sistemidir. Sözügedən verginin ayrı-ayrı növlərinin uçotu və onların hesablanması Azərbaycan Respublikasının 11 iyul 2000-ci il 905-İQ №-li Qanunu ilə təsdiq edilmiş Vergi Məcəlləsi ilə tənzimlənir. Vergi uçotu mühasibat uçotunun tərkib hissəsi olmaqla vergiyə cəlb olunma və vergi hesabatı tərtib etmək məqsədi ilə mühasibat qaydasında rəsmiyyətə salınması üçün nəzərdə tutulmuşdur.Bununla birlikdə vergi uçotu vergi bazasının düzgün müəyyən edilməsi məqsədilə müstəqil, yaxud mühasibat uçotu məlumatlarında zəruri düzəliş hesablamaları aparmaq hüququna malikdir. Düzəliş hesablamaları qeyri-sistemli qaydada, yəni hesablama yolu ilə alınan düzəlişləri mühasibat uçotunda əks etdirməklə yerinə yetirilir. Bu vergi hesablaması, cədvəl, yaxud vergi kartları kimi təqdim edilən informasiyaların sistemləşdirilməsi və toplanması üçün nəzərdə tutulan vergi registrlərinin işlənməsinə və təsdiq edilməsinə şərait yaradır. ödəyicilərin vergi öhdəliklərini düzgün müəyyən etmək üçün zəruri ilk informasiyaları toplamaq və onları təyin edilmiş qaydada qeydə almaq; ilk vergi informasiyalarını mühasibat və vergi registrlərində və mühasibat uçotunun hesablarında vaxtlı-vaxtında əks etdirmək; vergiödəyicisinin vergi öhdəliklərinin səviyyəsini düzgün müəyyən etmək; düzgün və dəqiq vergi hesabatını formalaşdırmaq; vergi informasiyasının və vergi hesabatının formalaşdırılması üzərində nəzarət aparmaq. Beləliklə, vergi uçotu mühasibat uçotunun tərkib hissəsi kimi qalmaqla vergi öhdəliklərinin düzgün, obyektiv hesablanması və təşkilatın vergi hesabatının tərtib edilməsi üçün zəruri maliyyə informasiyalarının toplanması, qeydə alınması və işlənməsi kimi işlərin yerinə yetirilməsini özündə əks etdirir. Təsərrüfat subyektləri tərəfindən vergilər hesablanarkən zəruri vergi sənədləri tərtib edilir. Vergi sənədləri – vergilərin hesablanmasını, vergi məbləğini və vergi öhdəliyinin həcmini əks etdirən sənədlərdir. Vergi sənədlərinə aşağıdakılar daxildir: uçot-hesabat sənədləri; müşayiətedici sənədlər; vergi uçotu registrləri; bildiriş.
Ümumi milli gəlir
Ümumi milli gəlir və ya ümumi milli məhsul (ing. gross national income (GNI), gross national product (GNP)) — iqtisadi əlaqələr nəticəsində yaranan (verilən və alınan) ilkin gəlirlərin saldosu nəzərə alınmaqla, rezident-vahidlər tərəfindən əldə edilən ilkin gəlirlərin cəmidir. Ümumi milli gəlir ÜDM-dən, başqa ölkələrə verilmiş və ya başqa ölkələrdən alınmış ilkin gəlirlər nəzərə alınmaqla hesablanır (əvvəllər ümumi milli gəlir ümumi milli məhsul adlanırdı). G N I = G D P + Money flowing from foreign countries − Money flowing to foreign countries {\displaystyle \mathrm {GNI} =\mathrm {GDP} +{\text{Money flowing from foreign countries}}-{\text{Money flowing to foreign countries}}} GNI — ÜMG GDP — ÜDM Money flowing from foreign countries — Xarici ölkələrdən pul axını Money flowing to foreign countries — Xarici ölkələrə pul axını Nominal, Atlas metodu — cari milyonlarla ABŞ dolları ilə (ilk 15) AQP – milyonlarla beynəlxalq dollar (top 15) Ümumi Milli Məhsul (ÜMM), ölkə vətəndaşlarının təmin etdiyi əməyin və əmlakın bir ildə istehsal etdiyi bütün mal və xidmətlərin bazar dəyəridir. Ümumi daxili məhsuldan (ÜDM), istehsalın coğrafi mövqeyinə əsasən istehsalın müəyyənləşdirilməsindən fərqli olaraq, ÜDM, əmlakın yerləşdiyi əraziyə görə paylanmış istehsalı göstərir. Əslində, gəliri mülk və yaşayış yerinə görə hesablayır, buna görə də adı daha az anlaşılmaz ümumi milli gəlirdir. ÜMG, ÜDM-yə və rezidentlərin xarici investisiyalardan qazandıqları bütün gəlirlərə, xarici rezidentlər tərəfindən daxili iqtisadiyyatda qazandıqları gəlirlərə bərabər olan bir iqtisadi statistikadır. GSMH texniki sənət səviyyəsinin keyfiyyətcə yaxşılaşması (məsələn, kompüterdə işləmə sürətinin artması) ilə malların kəmiyyət artımı (məsələn, istehsal olunan kompüterlərin sayı) arasında fərq qoymur və hər ikisini “iqtisadi artım” ın formaları kimi qəbul edir. Bir ölkənin kapitalı və ya işçi qüvvəsi sərhədlərindən kənarda istifadə edildikdə və ya xarici bir firma öz ərazisində fəaliyyət göstərdikdə, ÜDM və ÜDM ümumi məhsulun fərqli göstəricilərini verə bilər. Məsələn, 2009-cu ildə ABŞ ÜMG 14.119 trilyon dollar, ÜMM isə 14.265 trilyon dollar olaraq qiymətləndirdi .
Daxili gəlir dərəcəsi
Daxili gəlir dərəcəsi (daxili gəlir rentabelliyi, daxili gəlir nisbəti ing. internal rate of return, IRR) — gələcək pul vəsaitlərinin cari dəyərini və ilkin investisiyanın dəyərini bərabərləşdirən faiz dərəcəsi, xalis cari dəyər (NPV) 0-dır. NPV bu günə diskont edilmiş pul vəsaitlərinin hərəkəti əsasında hesablanır. Kanadalı professor Entoni Atkinsona görə, daxili gəlir dərəcəsi investisiyadan gözlənilən faktiki gəlir dərəcəsinin dəyəridir. CF ödəniş axını üçün, burada C F t {\displaystyle CF_{t}} t {\displaystyle t} ildən sonrakı ödənişdir ( t = 1 , . . . , N {\displaystyle t=1,...,N} ) və I C = − C F 0 {\displaystyle IC=-CF_{0}} məbləğində ilkin investisiya, daxili gəlir dərəcəsi I R R {\displaystyle IRR} ifadəsindən hesablanır: N P V = − I C + ∑ t = 1 N C F t ( 1 + I R R ) t = 0 {\displaystyle NPV=-IC+\sum _{t=1}^{N}{\frac {CF_{t}}{(1+IRR)^{t}}}=0} və ya I C = ∑ t = 1 N C F t ( 1 + I R R ) t {\displaystyle IC=\sum _{t=1}^{N}{\frac {CF_{t}}{(1+IRR)^{t}}}} Elektron cədvəllərdə maliyyə funksiyalarına daxili gəlir dərəcəsini hesablamaq funksiyası daxildir. OpenOffice.org Calc daxili gəlir dərəcəsini hesablamaq üçün IRR funksiyasından istifadə edir. Microsoft Excel və ya OpenOffice.org Calc-də Məqsəd Axtarış seçimindən istifadə edərək IRR-ni təyin etmək mümkündür.
Gəlir-istehlak əyrisi
Gəlir-istehlak əyrisi — bir əmtəənin ucuzlaşması nəticəsində, real pul artır və bunun nəticəsində qalan pulun başqa bir əmtəəyə yönəldilməsidir. İqtisadiyyatda gəlir effekti real gəlirin dəyişməsi nəticəsində istehlakın dəyişməsi kimi müəyyən edilə bilər. Bu gəlir dəyişikliyi iki mənbədən birindən yarana bilər: xarici mənbələrdən və ya pulun xərcləndiyi malın qiymətində azalma (və ya artım) ilə sərbəst buraxılan (və ya hopdurulmuş) gəlirdən. Mövcud gəlirdə əvvəlki dəyişikliyin təsiri bu məqalənin qalan hissəsində müzakirə olunan gəlir-istehlak əyrisi ilə təsvir edilir, qiymətin aşağı düşməsi ilə mövcud gəlirin azad edilməsinin təsiri isə onun müşayiətedici təsiri ilə birlikdə müzakirə edilir. Məsələn, əgər istehlakçı öz gəlirinin yarısını təkcə çörəyə xərcləyirsə, çörəyin qiymətinin əlli faiz ucuzlaşması onun istifadəsində olan pulu həmin məbləğdə xərcləyə biləcəyi qədər artıracaq, yəni eyni məbləğə daha çox çörək və ya başqa bir şey ala biləcək. İstehlakçının üstünlükləri, pul gəlirləri və qiymətləri istehlakçının optimallaşdırılması probleminin həllində mühüm rol oynayır (büdcə məhdudiyyəti şəraitində onların faydalılığını maksimuma çatdırmaq üçün müxtəlif malların nə qədər istehlak ediləcəyini seçmək). İstehlakçı davranışının müqayisəli statikası ekzogen və ya müstəqil dəyişənlərdəki dəyişikliklərin (xüsusilə istehlakçıların qiymətləri və pul gəlirləri) endogen və ya asılı dəyişənlərin (istehlakçının mallara tələbləri) seçilmiş qiymətlərinə təsirini araşdırır. İstehlakçının gəliri sabit saxlanılan qiymətlərlə artdıqda, istehlakçının seçdiyi optimal paket, onlar üçün mövcud olan mümkün dəst dəyişdikcə dəyişir. Gəlir-istehlak əyrisi gəlir artdıqca büdcə məhdudiyyətini kənara çıxararaq qiymətlər sabit saxlanılmaqla, müxtəlif büdcə məhdudiyyətləri xətləri ilə laqeydlik əyrilərinin toxunma nöqtələrinin məcmusudur. Gəlir effekti alıcılıq qabiliyyətinin dəyişməsi ilə müşahidə olunan bir hadisədir.
Albaniyanın vergi sistemi
Albaniyada vergilər həm dövlət həm də bələdiyyə səviyyəsində tutulur. Ölkədə olan əsas vergi növləri gəlir vergisi, sosial müdafiə üçun yığım vergisi, qazanc vergisi və əlavə dəyər vergisidir ki, bunların hamısı dövlət səviyyəsində alınır. Ölkədə övlət səviyyəsində vergi yığımı ilə "Dövlət vergi xidməti" (alb. Drejtoria e Përgjithshme e Tatimeve) məşğuldur. 2014-cü ildən etibarən, Albaniyada gəlir vergisi üç faiz dərəcəsi ilə tutulur. Albaniyada əvvəllər 2008-ci ildə illik gəlirin 10% -i nisbətində vergitutma sistemi qurulmuşdu. Əlavə dəyər vergisi iki fərqli dərəcə ilə alınır: 20 faizlik standart dərəcədə və dərman məhsulları üçun olan 10%.dərəcəsində. Sosial təminat və tibbi sığorta ödənişləri iş və aylıq gəlirə görə ödənilir və 22.000–95.130 Alban leki arasında dəyişir. Sosial təminat üçun işçilər gəlirlərinin 9,5 faizini, işəgötürənlər isə gəlirlərinin 15 faizini ödəyir. Tibbi sığorta həm işçi, həm də işəgötürən üçün 1.7 dərəcəsi ilə tutulur.
Almaniyada vergi sistemi
Almaniyanın vergi sistemi Xarici ölkələrin vergi sistemlərinin öyrənilməsi bu ölkələrin vergitutma təcrübəsini, vergitutma mexanizmlərinin inkişafının ümumi qanunauyğunluqlarını nəzərə almağa imkan verir. Bazar iqtisadiyyatına xas olan ölkələrin vergi sistemləri müxtəlif iqtisadi, siyasi və sosial amillərin təsiri nəticəsində təşəkkül tapmışdır. Vergilərin sayına, strukturuna, yığılma üsullarına, dərəcələrinə və digər əlamətlərinə görə ölkələrin vergi sistemləri bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Buna baxmayaraq bütün bu vergi sistemlərinə xas olan ümumi bir cəhət var. Bu da dövlətin vergi gəlirlərinin artırılması üçün yolların axtarılmasından və vergitutmanın əsas prinsiplərinin tələblərinə cavab verən optimal vergi sisteminin yaradılmasından ibarətdir. İnkişaf etmiş dövlətlər üçün ən xarakterik cəhət iqtisadi həyatın müxtəlif sahələrinə dövlət müdaxiləsinin səviyyəsidir. Məsələn, ABŞ-da bu müdaxilənin səviyyəsi aşağı, İsveçdə yüksək, Yaponiya və Almaniyada isə bu ölkələrlə müqayisədə nisbətən orta səviyyədədir. Dövlət müdaxiləsinin əsas məqsədi iqtisadiyyatın tənzimlənməsidir. Dövlət tənzimlənməsinin vasitələri isə vergi siyasəti və azad sahibkarlığa maliyyə dəstəyinin göstərilməsidir. İqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsinin əsas məqsədi sabit iqtisadi artıma nail olmaq, əsas əmtəə və xidmətlərin qiymətlərinin sabitliyinin, əmək qabiliyyətli əhalinin tam məşğulluğunun və əhalinin gəlirlərinin müəyyən minimal səviyyəsinin təmin edilməsi və vətəndaşların sosial müdafiə sisteminin yaradılmasıdır.
Almaniyanın vergi sistemi
Almaniyanın vergi sistemi Xarici ölkələrin vergi sistemlərinin öyrənilməsi bu ölkələrin vergitutma təcrübəsini, vergitutma mexanizmlərinin inkişafının ümumi qanunauyğunluqlarını nəzərə almağa imkan verir. Bazar iqtisadiyyatına xas olan ölkələrin vergi sistemləri müxtəlif iqtisadi, siyasi və sosial amillərin təsiri nəticəsində təşəkkül tapmışdır. Vergilərin sayına, strukturuna, yığılma üsullarına, dərəcələrinə və digər əlamətlərinə görə ölkələrin vergi sistemləri bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Buna baxmayaraq bütün bu vergi sistemlərinə xas olan ümumi bir cəhət var. Bu da dövlətin vergi gəlirlərinin artırılması üçün yolların axtarılmasından və vergitutmanın əsas prinsiplərinin tələblərinə cavab verən optimal vergi sisteminin yaradılmasından ibarətdir. İnkişaf etmiş dövlətlər üçün ən xarakterik cəhət iqtisadi həyatın müxtəlif sahələrinə dövlət müdaxiləsinin səviyyəsidir. Məsələn, ABŞ-da bu müdaxilənin səviyyəsi aşağı, İsveçdə yüksək, Yaponiya və Almaniyada isə bu ölkələrlə müqayisədə nisbətən orta səviyyədədir. Dövlət müdaxiləsinin əsas məqsədi iqtisadiyyatın tənzimlənməsidir. Dövlət tənzimlənməsinin vasitələri isə vergi siyasəti və azad sahibkarlığa maliyyə dəstəyinin göstərilməsidir. İqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsinin əsas məqsədi sabit iqtisadi artıma nail olmaq, əsas əmtəə və xidmətlərin qiymətlərinin sabitliyinin, əmək qabiliyyətli əhalinin tam məşğulluğunun və əhalinin gəlirlərinin müəyyən minimal səviyyəsinin təmin edilməsi və vətəndaşların sosial müdafiə sisteminin yaradılmasıdır.
Azərbaycanın vergi jurnalı
"Azərbaycanın vergi jurnalı" (əvvəlki adı: "Azərbaycanın vergi xəbərləri") — Azərbaycanda nəşr olunan jurnal. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin resenziyalı elmi nəşri. İlk adı "Azərbaycanın vergi xəbərləri" jurnalı olmuşdur. Jurnal həmin adla 1 iyul 2003-cü ildə Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təsis edilmiş və 510 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikasının dövlət reyestrinə alınmışdır. Jurnal beynəlxalq ISSN (azərb. Beynəlxalq Standart Seriya Nömrəsi‎) mərkəzində 2305-462X nömrəsi ilə qeydiyyata alınmış və Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə iqtisadiyyat elmləri üzrə elmi nəşrlər siyahısına daxil edilmişdir. 2012-ci ildən bu jurnal yeni adla iki ayda bir dəfə 212 səhifə həcmində 3 min nüsxə tirajla nəşr edilir. Jurnal müstəqil, resenziyalı elmi nəşrdir. Jurnalda əsasən vergiqoymanın müasir problemlərini və vergi işinin ümumkonseptual məsələlərini optimal nəzəri və praktiki uzlaşmada elmi-metodoloji cəhətdən ifadə edən məqalələrin dərcinə üstünlük verilir. Həmçinin iqtisadiyyatın digər sahələrilə bağlı yazılmış orjinal məqalələrin dərcinə də yer verilir.
Buta (ilahi vergi)
Buta — İlahi vergi, İlahi pay. Aşıq yaradıcılığında, xüsusən də dastanlarda buta motivi xüsusi bir məzmun kəsb edir. Haqq aşıqlarına və dastan qəhrəmanlarına röyada müqəddəslərin əli ilə ərməğan olunur və rəmzi-məcazi içki, badə vasitəsilə reallaşır.
Fransanın vergi sistemi
Fransa vergi sisteminin ümumi xüsusiyyətləri Ərazisi – 674,8 min km²; Əhalisi – 65,1 milyon nəfər; ÜDM – 1,83 trln. dollar; Adambaşına düşən ÜDM – 29316 dollar. Fransanın vergi sistemi son illərdə formalaşmış, ölkənin tarixi və mədəni xüsusiyyətlərini, özünəməxsus vergi və yığımların məcmusunu özündə əks etdirir. Hazıda vergi və yığımlar, onların tətbiqi stabilliyə malikdir. Vergi dərəcələrinə ölkənin iqtisdi vəziyyəti və sosial-iqtisadi siyasəti nəzərə alinmaqla vaxtaşırı yenidən baxılır. Vergilər Fransa hökumətində dövlət büdcəsinin formalaşmasinda əsas mənbəə olmaqla büdcə gəlirinin 90 faizini təşkil edir. Fransanın vergi sisteminin əsasini təşkil edən prinsiplər aşağıdakılardır: sistemlilik (parlament tərəfindən vergilərin idarə edilməsi sahəsində ciddi mərkəzləşdirilmiş bazanın mövcudluğu, müvafiq olaraq vergilərin geniş qanunvericilik əsasına malik olması, daxildə vergilərin bir-biri ilə qarşılıqlı əlaqəsi, ikiqat vergitutmanin istisna edilməsi); vergi sisteminin elastikliyi (illik vergi dərəcələrinin dəqiqləşdirilməsi imkanının təmin edilməsi və parlamentin dövlət büdcəsi haqqında qəbul etdiyi illik qanunlara əsasən siyasi və iqtisadi konyukturanın dəyişiklikləri nəzərə alınmaqla vergi siyasətinin həyata keçirilməsi); vergi sisteminin sosial istiqaməti (ölkənin sosial və iqtisadi inkişafının stimullaşdırılması bir sıra faktorlarla belə ki, inkişaf tempi, iqtisadiyyatın sahələrinin maliyyə vəziyyəti, işsizlik və infilyasiya dərəcəsi, regionun iqtisadi inkişafının tarazlaşdırılması faktorları ilə bağlı olması). Fransanın vergi sistemində aşkar üstünlük fiskal funksiyaya məxsusdur. Fransanin əsas vergi növlərini dolayı, birbaşa vergilər və gerb yığımları təşkil edir. Qeyd olunmalıdır ki, dolayı vergilər üstunlük təşkil edir.
Kanadanın vergi sistemi
Kanadanın vergi sistemi ADIU "Vergi və vergiqoyma" kafedrası i.f.d. Pərviz Rzayev Ərazisi – 9,98 mln. kv.km; Əhalisi – 33,3 milyon nəfər; ÜDM – 1,43 trln. dollar; Adambaşına düşən ÜDM – 42738 dollar. Ümumi məlumat Qeyd etməliyik ki, bütün ölkələrin vergi sistemləri üçün əsas meyar vergilərin iqtisadiyyatın inkişafına xidmət etməsidir. Hər bir ölkə öz milli maraqlarını nəzərə almaqla vergi siyasəti aparır. Azərbaycan Respublikasında vergi sisteminin təkmilləşdirilməsinin başlıca məqsədi milli mənəvi dəyərlər nəzərə alınmaqla, vergi sistemini beynəlxalq standartlara uyğunlaşdırmaqla ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə təkan verən səmərəli vergi siyasətinin həyata keçirilməsindən ibarətdir. Xarici ölkələrin vergi sistemlərinin öyrənilməsi bu ölkələrin səmərəli, qabaqcıl təcrübəsini nəzərə almağa və tətbiq etməyə imkan verir. İnkişaf etmiş ölkələrin vergi sistemlərinə xas olan xüsusiyyətlərdən biri də müxtəlif səviyyəli büdcələrin gəlirləri arasında dəqiq sərhədin müəyyən edilməsidir. Ölkənin vergi sisteminin strukturu onun dövlət qurluşundan bilavasitə asılıdır.
İtaliyanın vergi sistemi
İtaliya öz iqtisadi inkişafına görə dünyanın sənaye dövlətlərinin "böyük yeddiliyində" təmsil olunur. ÜDM-in həcmi təqribən 2,3 triliyon ABŞ dolları, adambaşına düşən ÜDM göstəricisi 39900 ABŞ dollarıdır. Iqtisadi cəhətdən Avropada dördüncü, dünyada isə 7-ci ən böyük ölkədir. Düünyada ilk 10 ən böyük məhsul ixracatçısından biridir. Burada həyat səviyyəsi hətta ABŞ, Almaniya və s. ölkələrdən də bəzi sahələrdə üstündür. Ən çox şərab ixrac edən, ən böyük turizm regionlarından olan, dünyada 4-cü ən böyük qızıl-valyuta ehtiyatı olan İtaliya Avropada 5-ci ən böyük avtomobil istehsalçısıdır. İtaliya 301 336 kvadrat kilometr ərazidə yerləşən iri dövlətdir və bu göstəriciyə görə Qərbi Avropada yalnız Fransa, Ispaniya və Almaniyadan geri qalır. İtaliya əhalisinin sayı son statistik məlumatlara görə 58 883 958 nəfərdir. Onların 94%-i italyanlardır.
Ədalətsiz vergi rəqabəti
Ədalətsiz (zərərli) vergi rəqabəti (vergi dempinqi) (ing. The Harmful Tax Competition, fr. La concurrence fiscale dommageable) — milli və beynəlxalq tənzimləyici orqanlar tərəfindən dövlətlərin dəniz yurisdiksiyaları ilə əlaqəli vergi siyasətini xarakterizə etmək üçün istifadə olunan qanuni bir termin. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) vergidən yayınma ilə mübarizə çərçivəsində dəniz yurisdiksiyalarına qarşı kampaniyası məhz "zərərli vergi siyasəti" ittihamı ilə başladı. İqtisadiyyatın qloballaşması hər bir ölkənin vergi sisteminin digər ölkələrin vergi sistemlərinə təsirinin köklü şəkildə artmasına səbəb oldu. Müasir maliyyə kapitalı görünməmiş bir hərəkətlilik qazandı və bunun üçün ən əlverişli şəraitin yaradıldığı yerə asanlıqla bir ölkədən digərinə keçməyi bacardı. Nəticədə, kapital cəlb etmək üçün ölkələr arasındakı rəqabətin ən vacib amillərindən biri, orta vergi dərəcəsinin ölçüsü və vergi güzəştlərinin məbləğinə çevrilməklə vergi rəqabəti kimi bir fenomenə səbəb oldu. Dəniz ölkələrinə qarşı ədalətsiz vergi rəqabətinin ittihamları ondan ibarətdir ki, dəniz yurisdiksiyaları, özlərində yaradılan beynəlxalq (dəniz yurisdiksiyası) şirkətlər üçün çox güzəştli vergi rejimi müəyyənləşdirərək quru ölkələrindən maliyyə qaynaqlarını “aldadırlar”. Maliyyə mənbələrinin xaricə çıxması isə öz növbəsində vergi bazasının kəskin daralmasına, vergidən yayınma və nəticədə quru dövlətlərin dövlət büdcəsinə vergi gəlirlərinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Bu səbəbdən, dəniz yurisdiksiyası olan ölkələr quru dövlətlərindən "vergi bazasını oğurlamaqda" günahlandırılır.
Dövlət vergi siyasəti
Dövlət vergi siyasəti—dövlətin maliyyə siyasətinin tərkib hissəsi olan vergilər və ödənişlər sahəsində dövlət tədbirləri sistemi. O, vergi növlərinin seçimində, vergi dərəcələrinin dəyərlərində, vergi ödəyicilərinin və vergitutma obyektlərinin dairəsində, vergi güzəştlərində ifadə olunur. Dövlətin vergi siyasəti həm mikroiqtisadi, həm də makroiqtisadi aspektlərə malikdir.Makroiqtisadi aspektlər toplanan vergilərin ümumi məbləğinə aiddir ki, bu da iqtisadi fəallığın səviyyəsinə mənfi təsir göstərə bilər; fiskal siyasətin tərkib hissələrindən biridir.Mikroiqtisadi aspektlər kapital (kimin vergiyə cəlb edilməsi) və bölgü səmərəliliyi (yəni, hansı vergilərin müxtəlif iqtisadi fəaliyyətlərin məbləğlərinə təhrifedici təsir göstərəcək) məsələlərinə aiddir. Dövlətin vergi siyasətinin seçimi ölkənin sosial-iqtisadi sistemindən, iqtisadiyyatının vəziyyətindən və maliyyə vəziyyətindən asılıdır.Vergi siyasəti tədbirlərinə müxtəlif qanunlar, xüsusən də əsas kapitalın sürətləndirilmiş amortizasiyasını tənzimləyən, yerin təkinin tükənməsinə ehtiyatlar, ayrı-ayrı müəssisə və sahələrin vergidən (tam və ya qismən) azad edilməsi daxil ola bilər. Vergi siyasəti tədbirləri sistemindən investisiyaların stimullaşdırılması və regional siyasətin aparılması üçün istifadə oluna bilər. Vergi siyasətinin mühüm vəzifəsi vergi qanunvericiliyində müəssisələrə vergi ödəməkdən yayınmağa imkan verən boşluqların aşkar edilməsidir. Vergi siyasətinin mühüm vəzifəsi vergi qanunvericiliyində müəssisələrə vergi ödəməkdən yayınmağa imkan verən boşluqların aşkar edilməsidir. Vergi tənzimlənməsinin məqsədlərindən asılı olaraq bir çox tədqiqatçılar dövlətin vergi siyasətinin aşağıdakı formalarını fərqləndirirlər Maksimum vergilər siyasəti vergilərin sayının artırılmasına, vergi dərəcələrinin artırılmasına, vergi güzəştlərinin azaldılmasına yönəlib. İqtisadi inkişaf siyasəti sahibkarların vergi yükünün azaldılması və dövlət xərclərinin, ilk növbədə, sosial proqramların azaldılması ilə əlaqələndirilir. “Qarışıq” siyasət dövlətin sosial öhdəliklərini yerinə yetirməsi üçün vergilərin yüksək səviyyədə olmasını təmin edən əvvəlki iki formanın birləşməsi ilə xarakterizə olunur.

Digər lüğətlərdə